Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu vətənə qayıdıb

Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu vətənə qayıdıb Azərbaycan Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb
Hərbi
27 Oktyabr , 2016 12:25
Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu vətənə qayıdıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstanda həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Hazırda Azərbaycan ordusunun 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Son xəbərlər

Orphus sistemi