Əbu-Dabidə "İDEX-2015" XXII Beynəlxalq Müdafiə Sərgisi işini başa çatdırıb

Əbu-Dabidə "İDEX-2015" XXII Beynəlxalq Müdafiə Sərgisi işini başa çatdırıb Sərgidə 4,1 mlrd. dollar həcmində müqavilələr imzalanıb
Hərbi
26 Fevral , 2015 16:29
Əbu-Dabidə İDEX-2015 XXII Beynəlxalq Müdafiə Sərgisi işini başa çatdırıb

Əbu-Dabi. 26 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə "İDEX-2015" XXII Beynəlxalq Müdafiə Sərgisi işini başa çatdırıb.

"Report"un Əbu-Dabiyə ezam olunmuş müxbiri bildirir ki, fevralın 22-dən 26-na qədər keçirilən sərgidə dünyanın 30 ölkəsindən 1500-dən artıq şirkət təmsil olunub.

Sərgidə həmçinin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti də iştirak edib və sərgiyə gələnlərə 160 adda məhsul, o cümlədən ölkənin müdafiə sənayesinin yeniliyi olan 5,5x4,5 mm kalibrli EM-14 avtomat silahını təqdim edib.

Azərbaycanın stendi bütün sərgi boyu buraya gələn insanların marağına səbəb olub. 

Sərginin keçirildiyi 5 gün ərzində 4,1 mlrd. dollar həcmində müqavilələr imzalanıb.

Qeyd edək ki, Yaxın Şərqdə ən böyük sərgi olan "İDEX" sərgisi ildə iki dəfə BƏƏ prezidenti, Əbu-Dabi əmiri Şeyx Xəlifə bin Zayed əl-Nahyanın hamiliyi altında keçirilir. 

Son xəbərlər

Orphus sistemi