Azərbaycan ordusu daha bir şəhid verib

Azərbaycan ordusu daha bir şəhid verib Müdafiə Nazirliyi: "Düşmənin kəşfiyyat-təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb"
Hərbi
21 Fevral , 2015 09:47
Azərbaycan ordusu daha bir şəhid verib

Bakı. 21 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri regionu yenicə tərk edən kimi erməni tərəfi qoşunların təmas xəttində yenidən təxribata əl atıb. 

"Report" Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 21-nə keçən gecə düşmən Silahlı Qüvvələrin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrin hərbi qulluqçusu, əsgər Cavadov Zəlimxan Eybalı oğlu şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfi daim təxribat törətməklə öz əməllərini Silahlı Qüvvələrin üstünə atmağa cəhd göstərir. Cəbhədə baş verən bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Bundan sonra tərəfimizdən görüləcək cavab tədbirləri daha sərt və qətiyyətli olacaq və şəhidlərimizin qanı yerdə qalmayacaqdır. 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Son xəbərlər

Orphus sistemi