Yuxarı

Azərbaycan düşmən ordusunu məhv etmək üçün yeni nəsil pilotsuz uçuş aparatı istehsal edəcək

Yavər Camalov: “2016-cı ildə Müdafiə Sənayesi Nazirliyinin 4 zavodunun 3 istehsal sahəsini istifadəyə verməyi nəzərdə tutmuşuq”

Bakı. 17 dekabr. REPORT.AZ/ “2016-cı ildə Müdafiə Sənayesi Nazirliyinin 4 zavodunun 3 istehsal sahəsini istifadəyə verməyi nəzərdə tutmuşuq. Bu zavodlarda əsasən tank əleyhinə qumbaraatanlar üçün döyüş sursatlarının istehsalı planlaşdırılır”. “Report”un xəbərinə görə, bunu jurnasitlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazir əlavə edib ki, 40x46 mm-lik qumbaraatan və onların döyüş sursatları, müxtəlif tipli izburaxan patronlar, M6, M12 partlayıcı başlıqlar, tank və artilleriya üçün 6 növ mərmilər, həmçinin atıcı silahların lülələrinin istehsalı planlaşdırılır: “Yeni nəsil pilotsuz uçuş aparatı (PUA) da istehsal olunacaq. Bu qurğu kəşfiyyat aparmaqla düşmən ordusunu məhv etmək üçün nəzərdə tutulub”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi