Düşənbədə MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclası keçirilib - YENİLƏNİB

Düşənbədə MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclası keçirilib - YENİLƏNİB Toplantıda hərbi əməkdaşlıq məsələləri, gələcək perspektivlər və digər məsələlər müzakirə olunub
Hərbi
12 Oktyabr , 2017 13:09
Düşənbədə MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclası keçirilib - YENİLƏNİB
Mod.gov.az

Bakı. 12 oktyabr. REPORT.AZ/ Tacikistan paytaxtı Düşənbədə MDB-yə üzv olan dövlətlərin Müdafiə nazirləri Şurasının iclası keçirilib. 

“Report” xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak etdiyi toplantıda hərbi əməkdaşlıq məsələləri, gələcək perspektivlər və digər məsələlər müzakirə olunub.


*** 10:25

Tacikistan paytaxtı Düşənbədə MDB-yə üzv dövlətlərin Müdafiə nazirləri Şurasının iclası başlayıb.

“Report” Tacikistan KİV-inə istinadən xəbər verir ki, nazirlər toplantıdan əvvəl Tacikistan prezidenti İmomali Rahmonla görüşüblər. 

İ.Rahmon deyib ki, 25 il ərzində MDB məkanında sabitlik şəraitində çoxtərəfli əməkdaşlıq inkişaf edib və təhlükəsizlik təmin olunub. Dövlət başçısı bütün bunlara görə müdafiə nazirlərinə təşəkkürünü bildirib.

Məlumata görə, nazirlər iclasda hazırki şəraitdə birliyə üzv olan dövlətlərdə təhlükəsizliyin təmin olunmasını, Əfqanıstandakı və bu ölkə ilə sərhəddəki vəziyyəti, terrorçuluğa qarşı birgə mübarizəni, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məsələlərini müzakirə edəcəklər. 

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantıda iştirak edir.

Xatırladaq ki, Tacikistan 2018-ci ildə MDB-yə sədrlik edəcək. 

Son xəbərlər

Orphus sistemi