Yuxarı

Dünya silah bazarının dövriyyəsi son 10 ildə maksimuma çatıb

Dünyada ən iri silah ixracatçıları üçlüyünə ABŞ, Rusiya və Almaniya daxil olub

Bakı. 13 iyun. REPORT.AZ/ Ötən il dünya silah bazarının dövriyyəsi son 10 ildə maksimuma çatıb. Silah sahəsində dövriyyə 2014-cü ilin göstəricisi ilə müqayisədə 10% - 65 mlrd. ABŞ dollara qədər artıb.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə "Global Defence Trade Report"un hesabatında deyilir.

Qeyd olunur ki, bazarda dövriyyənin artması Səudiyyə Ərəbistan tərəfindən alış həcmlərinin artması nəticəsində baş verib. Xüsusilə, Ər-Riyad silah ixracını 9,3 mlrd. dollara qədər və ya 50% artırıb və bu meyar üzrə dünyada birinci yeri tutub. Alışın artması Səudiyyə Ərəbistanın Yəmən münaqişəsində iştirakı, eləcə də krallığını İranla apardığı rəqabətlə bağlıdır.

Dünyada silah idxalı üzrə ikinci yeri Hindistan, üçüncü yeri - Avstraliya tutub. 

Hesabata görə, dünyada ən iri silah ixracatçıları üçlüyünə ABŞ, Rusiya və Almaniya daxil olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi