Yuxarı

DTX və XKX-dən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı SHXÇDX tərəfindən aparılmayacaq

DTX və XKX-dən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı SHXÇDX tərəfindən aparılmayacaq
Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydasında dəyişikliklər edilib

Bakı. 24 yanvar. REPORT.AZ/ “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib.

“Report” xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar qəbul edib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən deyil, həmin orqanlar tərəfindən aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi