DSX-nin Xüsusi Məktəbinə şagird qəbulu ilə bağlı imtahan keçirilir - VİDEO - YENİLƏNİB

DSX-nin Xüsusi Məktəbinə şagird qəbulu ilə bağlı imtahan keçirilir - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hərbi
6 Aprel , 2019 14:08
DSX-nin Xüsusi Məktəbinə şagird qəbulu ilə bağlı imtahan keçirilir - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 10:58

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V sinfinə 2019-2020-ci tədris ili üçün şagirdlərin qəbulu ilə bağlı imtahan keçirilir.

"Report" xəbər verir ki, Sərhədçi Olimpiya İdman Kompleksində keçirilən imtahanda 48 yerə 1227 uşaq imtahan verir. 

İmtahanın gedişini Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və şagirdlərin valideynləri də izləyirlər. İmtahan Azərbaycan dili və riyaziyyat fənləri üzrə test üsulu ilə aparılır.

Qeyd edək ki, məktəbə qəbulla əlaqədar sənədlərin qəbulu bu il fevralın 15-dək həyata keçirilib.

Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilərək zəruri tədris bazası ilə təchiz olunmuş Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 18 oktyabr 2011-ci il tarixdə təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2014-cü il 22 may tarixli 170 nömrəli fərmanı ilə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilmiş Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin məzunları 2015-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin Akademiyasında hərbi təhsil alırlar. 2018-ci ilin martın 5-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yeni korpusunun açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib, kursantların tədrisi və yaşayışı üçün yaradılmış şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib.

“Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi”nə əsasən, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin vəzifəsi – kursantların maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyat bacarıqlarına yiyələnmələrini; milli-mənəvi dəyərlərə malik, sağlam, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmalarını; Dövlət Sərhəd Xidmətinin Akademiyası üçün hazırlanmalarını təmin etməkdir.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsinə əsasən, məktəbə 4-cü sinifi bitirmiş, 12 yaşı tamam olmamış oğlanlar qəbul olunurlar.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyətə başlaması ilə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyini təmin edəcək ixtisaslı zabit kadrların hazırlanması üçün 11 illik, bundan sonra zabitlərin ixtisas artırması üçün 2 illik akademik kurslardan ibarət təhsil dövrünü əhatə edən mükəmməl hərbi tədris sistemi formalaşıb.

2019-cu ildə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul olmaq üçün 48 kursant yerinə 1227 nəfər namizəd müraciət edib, 1-ci yerə konkurs 26 nəfər olub.

Son xəbərlər

Orphus sistemi