DSX: Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsi olan 2-ci qrup əlildir

DSX: Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsi olan 2-ci qrup əlildir Ermənistanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan vətəndaşının sərhəd pozucusu qismində saxla­nılması ba­rədə məlumat yayılıb.
Hərbi
16 Mart , 2019 13:29
DSX: Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsi olan 2-ci qrup əlildir

Ermənistanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan vətəndaşının sərhəd pozucusu qismində saxla­nılması ba­rədə məlumat yayılıb.

Bu məlumatla əlaqədar Azərbaycan Dövlət Sərhəd Xidmətindən "Report"a bildirilib ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alın­ıb, həmin şəxsin Qazax rayonunun Yu­xarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İb­ra­himov Elvin Arif oğlu olması müəyyən olunub.

Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.

Hazırda araşdırma işləri davam edir.

Son xəbərlər

Orphus sistemi