Dövlət Sərhəd Xidmətinin (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.
DSX-nın Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində martın 22-də Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində aşkaredici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub.
Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqamətində hərəkət edib və İran İslam Respublikasından Azərbaycana doğru 2 nəfərə məxsus ayaq izləri aşkarlanıb.
Dövlət sərhədinin pozulması ilə əlaqədar
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-qoşun axtarış tədbirləri nəticəsində daha bir nəfər İran İslam Respublikasının vətəndaşı Cəfəri Fərhad Nəzi oğlu tutulub, əraziyə baxış zamanı ümumi çəkisi 3 kq 995 qr olan (1 kq 995 qr kokos, 2 kq marixuana və 1510 ədəd metadon həbi) narkotik vasitə aşkar olunaraq götürülüb.
Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.