Dövlət Xidmətinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Dövlət Xidmətinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür.
Hərbi
13 Fevral , 2019 10:46
Dövlət Xidmətinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
0 : 00
0 : 00

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür.

"Report" xəbər verir ki, bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Son xəbərlər

Orphus sistemi