Yuxarı

Dövlət Xidməti gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işlərini gücləndirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xüsusi təyinatlı təhsil müəssisələrində görüşlərə başlayıb

Bakı. 25 aprel. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xüsusi təyinatlı təhsil müəssisələrində görüşlərə başlayıb. 

"Report" xəbər verir ki, ilk tədbir bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilib.

Görüşdə Bakının Səbail, Qaradağ, Xəzər, Suraxanı rayonlarından təhsildə fərqlənən 100-ə yaxın yuxarı sinif şagirdi iştirak edib. Şagirdlər akademiyada yaradılan şərait, tədris prosesi ilə əyanı tanış olublar, onları maraqlandıran suallar cavablandırılıb.

Görüşlərin keçirilməsində əsas məqsəd gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, eləcə də hərbi təhsilə marağın artırılmasıdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti belə tədbirləri digər təhsil müəssisələrində də davam etdirəcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi