Yuxarı
    Bağlamaq

    Dövlət Sərhəd Xidmətinin strukturunda dəyişiklik edilib

    Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukt...

    Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Prezidentin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

    “Report” xəbər verir ki, sənədə əsasən, sənəddə aşağıdakı dəyişikliklər edilib:

    1. Fərman üzrə:

    1.1. adında “, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin” sözləri “və strukturunun” sözləri ilə əvəz edilsin;

    1.2. 1-ci hissədə “, strukturu və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi” sözləri “və strukturu” sözləri ilə əvəz edilsin.

    2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə” üzrə:

    2.1. 3-cü bənd aşağıdakı redaksiyada verilsin:

    “3. Dövlət Sərhəd Xidmətinin aparatı və strukturuna daxil olan sərhəd qoşunları, sahil mühafizəsi, çevik qüvvələr, sərhəd nəzarəti, hərbi aviasiya hissələri, hərbi dəniz hissələri, habelə digər təyinatlı hərbi hissələr və qurumlar Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsi ilə həyata keçirir.”;

    2.2. 9.6-cı yarımbənddə “nəzarət-buraxılış” sözləri “dövlət sərhədindən buraxılış” sözləri ilə əvəz edilsin;

    2.3. 15-ci bənddən “- Sərhəd Qoşunlarının komandanı” sözləri çıxarılsın;

    2.4. 16-cı bənddə “Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Sərhəd Qoşunları Baş qərargahının rəisi və digər müavinləri vəzifələrinə, habelə ali zabit hərbi rütbəsi nəzərdə tutulmuş başqa” sözləri “Dövlət Sərhəd Xidmətində ali hərbi rütbəli” sözləri ilə əvəz edilsin;

    2.5. 17.3-cü yarımbənddə “baş idarə, idarə, şöbə” sözləri “aparatının, hərbi birləşmələrinin” sözləri ilə əvəz edilsin;

    2.6. 17.8-ci yarımbənddə “sərhəd dəstələrinin, hərbi dəniz və hərbi aviasiya hissələrinin” sözləri “sərhəd qoşunlarının, sahil mühafizəsinin, çevik qüvvələrin, sərhəd nəzarətinin” sözləri ilə əvəz edilsin;

    2.7. 17.9-cu yarımbənddə “sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri” sözləri “sərhəd qoşunları, sahil mühafizəsi, çevik qüvvələr, sərhəd nəzarəti” sözləri ilə əvəz edilsin.

    3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Strukturu” yeni redaksiyada təsdiq edilsin.

    Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

    Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi