Yuxarı
    Bağlamaq

    Dövlət Sərhəd Xidmətinin Akademiyasında vətənpərvərlik mövzusunda tədbir keçirilib - FOTO

    Sərhəd Qoşunlarının xidməti-döyüş fəaliyyətindən bəhs edən film nümayiş etdirilib

    Bakı. 16 may. REPORt.AZ/ Dövlət Sərhəd Xidmətinin Akademiyasında Bakı şəhəri üzrə məktəblərin təhsildə fərqlənən yuxarı sinif şagirdləri ilə görüş keçirilib. 

    "Report" xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, habelə hərbi təhsilə marağın artırılması məqsədilə təşkil etdiyi tədbirdə Bakının Nərimanov, Nəsimi, Xətai, Sabunçu rayonlarından təhsildə fərqlənən 100-dən çox yuxarı sinif şagirdi iştirak edib.

    Akademiyanın rəisi general-mayor Araz Məmmədov deyib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasəti hazırda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. O, əldə olunan yüksək nailiyyətlər, akademiyanın yaradılması və inkişafı, yüksək ixtisaslı sərhədçi zabitlərin, hərbi elmi işçilərin hazırlanması sahəsində qazanılan müsbət nəticələr barədə ətraflı məlumat verib.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik-leytenant Azər Babayev hərbi vətənpərvərlik təbliğatı ilə bağlı bir çox tədbirlərin keçirildiyini, bu işin bundan sonra da davam etdiriləcəyini bildirib.

    Sonra Sərhəd Qoşunlarının xidməti-döyüş fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

    Akademiyada yaradılan məişət şəraiti və təlim-tədris prosesi ilə yaxından tanış olduqdan sonra şagirdlər çay süfrəsi arxasında kursantlarla söhbət ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi