Yuxarı
    Bağlamaq

    ​Dövlət Sərhəd Xidmətinin genişmiqyaslı təlimləri başlayıb

    Təlimlər çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə keçirilir

    Bakı. 19 may. REPORT.AZ/ Dövlət Sərhəd Xidməti “Ağgöl” səhra təlim mərkəzində tak­­tiki təlimlərə başlayıb. DSX-dan "Report"a verilən məlumata görə, təlimlər 2015-ci ilin döyüş hazırlığı proqramına uy­ğun olaraq Azərbaycanın dövlət sərhədini pozmuş düşmən qoşun qruplarının və terror-təxribat dəstələrinin zərərsizləşdirilməsi” mövzusunda çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə keçirilir. 

    Xəbərdə qeyd olunub ki, təlimlərdə helikopterlər tərəfindən idarə olunan və idarə olun­ma­yan raketlərdən atışlar keçirməklə döyüş tapşırıqlarının icrası, düşmənin hava hədəflərinin daşınan ze­nit-raket kompleksləri vasitəsilə məhv edil­mə­si və zirehli texnikaların döyüş şəraitində tətbiqi nəzərdə tutulub: "Təlimlərin məqsədi Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və avi­asiya qüvvələri arasında əlaqələndirməni inkişaf etdirməklə yüksək qar­şılıqlı fəaliyyətə nail olunması, bölmələrin idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin məşq etdirilməsi, şəxsi heyətə Vətənə məhəbbət, silaha inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanmasıdır".

    Təlimlər mayın 21-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi