​Dövlət Komissiyası: Azərbaycanda Ermənistan hərbçilərinin meyitlərinin saxlanması barədə məlumatlar həqiqəti əks etdirmir

​Dövlət Komissiyası: Azərbaycanda Ermənistan hərbçilərinin meyitlərinin saxlanması barədə məlumatlar həqiqəti əks etdirmir Komissiya rəsmi məlumat yayıb
Hərbi
2 May , 2016 15:34
​Dövlət Komissiyası: Azərbaycanda Ermənistan hərbçilərinin meyitlərinin saxlanması barədə məlumatlar həqiqəti əks etdirmir

Bakı. 2 may. REPORT.AZ/ “Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra informasiya agentliklərindən daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, hazırda respublikamızda Ermənistan hərbçilərinin meyitlərinin saxlanması barədə məlumatlar həqiqəti əks etdirmir”.

Bu barədə “Report”a Dövlət Komissiyasından bildirilib.

“Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına daim hörmətlə yanaşır və atəşkəsin pozulması nəticəsində həlak olmuş insanların meyitlərinin qısa müddət ərzində repatriasiya edilməsinin tərəfdarıdır”, - deyə Dövlət Komissiyasından əlavə olunub.

Son xəbərlər

Orphus sistemi