​Doroxin: "Azərbaycan Rusiyanın hərbi əməkdaşlıq sahəsində əsas tərəfdaşlarından biridir"

​Doroxin: "Azərbaycan Rusiyanın hərbi əməkdaşlıq sahəsində əsas tərəfdaşlarından biridir" "Bu gün bizim Azərbaycanla qarşılıqlı münasibətlərimizdə əsas məsələ stabillikdir"
Hərbi
10 Fevral , 2016 02:31
​Doroxin: Azərbaycan Rusiyanın hərbi əməkdaşlıq sahəsində əsas tərəfdaşlarından biridir

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Rusiyanın hərbi-texniki əməkdaşlıq sahəsində aparıcı tərəfdaşlarından biridir.

"Report" xəbər verir ki, bunu "Komsomolskaya Pravda"ya müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

"Bu gün bizim Azərbaycanla qarşılıqlı münasibətlərimizdə əsas məsələ stabillik, münasibətlərin dostluq xarakteri daşıması və hər iki ölkənin uğur qazanmasında maraqlı olmaqdır. Azərbaycanın müstəqilliyi illərində biz bir-birimizi anlamağı öyrəndik. Biz öz imkanlarımızı bilirik və ondan artığını tələb etmirik. Öz növbəsində, Azərbaycan da Rusiyaya qarşı eyni mövqedən çıxış edir. Bu strateji tərəfdaşlıq adlanır", - deyə o bildirib.

Doroxin qeyd edib ki, Rusiyanın Azərbaycanla münasibətlərinin xüsusi dəyəri onların qabaqcadan proqnozlaşdırıla bilinməsindədir:

"Biz cənub sərhədlərimizin tərəfdaşımız olan Azərbaycanla kəsişən hissəsinə görə rahat ola bilərik. Heç bir xoşagəlməz sürpriz gözləmirik. Və bu, hazırkı mürəkkəb beynəlxalq şəraitdə çox vacibdir".

"Ölkələrimiz arasında çox yaxşı mal dövriyyəsi var. Eyni zamanda əsas qarşılıqlı fəaliyyət heç də neft sektorunda baş vermir. Azərbaycan Rusiyanın hərbi-texniki əməkdaşlıq sahəsində aparıcı tərəfdaşlarından biridir. Birgə unikal, presedentsiz humanitar proqramları xüsusi olaraq qeyd etmək istəyirəm. Onların əsasında Azərbaycanda rus dilinə çox yaxşı münasibət durur", - deyə səfir əlavə edib.

Son xəbərlər

Orphus sistemi