DİN-in qadın əməkdaşı dünya çempionu olub

DİN-in qadın əməkdaşı dünya çempionu olub Günay Əliyeva dünya çempionatının qalibi adını qazanıb
Hərbi
12 May , 2017 15:58
DİN-in qadın əməkdaşı dünya çempionu olub

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edən gizir Günay Əliyeva Ukraynanın Xarkov şəhərində təşkil olunan Kempo Karate və Kobudo üzrə dünya çempionatının qalibi olub.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.

Artıq 12 ildir idmanın karate növü ilə məşğul olan hərbi qulluqçu “birinci dan qara kəmər” ustasıdır. 2008-ci ildə Asiya çempionu adını qazanan G.Əliyeva 2011-ci ildə Gürcüstanda keçirilən kinq-boksinq üzrə çempionatda Cənubi Qafqaz çempionu adını, həmin ildə Ukraynada keçirilən dünya çempionatında isə 3-cü yeri qazanıb. Növbəti dəfə 2015-ci ildə Avropa çempionu adını qazanıb. 

Son xəbərlər

Orphus sistemi