"Dəniz Kuboku - 2019" müsabiqəsinin püşkatma mərasimi keçirilib - VİDEO

"Dəniz Kuboku - 2019" müsabiqəsinin püşkatma mərasimi keçirilib - VİDEO Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz Kuboku - 2019” müsabiqəsinin püşkatma mərasimi keçirilib və hakimlərə sertifikatlar təqdim olunub.
Hərbi
5 Avqust , 2019 15:40
Dəniz Kuboku - 2019 müsabiqəsinin püşkatma mərasimi keçirilib - VİDEO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz Kuboku - 2019” müsabiqəsinin püşkatma mərasimi keçirilib və hakimlərə sertifikatlar təqdim olunub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə müsabiqənin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və hakimlik hüququ verən sertifikatlar təqdim edilib.

Sonra müsabiqənin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilərək yarışacaq komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib.

Müsabiqənin avqustun 6-dan başlayacaq əsas hissəsində hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.

Son xəbərlər

Orphus sistemi