“Dəniz kuboku - 2019” müsabiqəsinin iştirakçıları arasında voleybol yarışı keçirilib

“Dəniz kuboku - 2019” müsabiqəsinin iştirakçıları arasında voleybol yarışı keçirilib “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi dənizçilər arasında voleybol yarışı keçirilib.
Hərbi
8 Avqust , 2019 20:39
“Dəniz kuboku - 2019” müsabiqəsinin iştirakçıları arasında voleybol yarışı keçirilib

“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi dənizçilər arasında voleybol yarışı keçirilib.

Müdafiə Nazirliyind6ən "Report"a verilən məlumata görə, tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Azərbaycan hərbi dənizçiləri voleybol yarışında da qalibiyyətlərini davam etdirib. Belə ki, dostluq turnirinin yekununa görə Azərbaycan birinci, Qazaxıstan ikinci, İran üçüncü, Rusiya komandası isə dördüncü yerə layiq görülüb.

Qalib komandalara kuboklar, medallar, “Fəxri Fərman”lar və hədiyyələr təqdim edilib.

Tədbirin sonunda xatirə fotosu çəkdirilib.

Son xəbərlər

Orphus sistemi