“Dəniz kuboku - 2019”da “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” yerinə yetirilib

“Dəniz kuboku - 2019”da “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” yerinə yetirilib “Dəniz kuboku - 2019” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin heyətləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Artilleriya atışlarının yerinə yetirilməsi üzrə yarış” mərhələsində “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” çalışmasını yerinə yetiriblər.
Hərbi
13 Avqust , 2019 19:15
“Dəniz kuboku - 2019”da “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” yerinə yetirilib

“Dəniz kuboku - 2019” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin heyətləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Artilleriya atışlarının yerinə yetirilməsi üzrə yarış” mərhələsində “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” çalışmasını yerinə yetiriblər.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Çalışmanın icrası zamanı dəniz hədəfi qismində xüsusi quraşdırılmış gəmi lövhəsi istifadə edilib. Atışlar təxminən 3000 metr məsafədən artilleriya qurğularından yerinə yetirilib.

Beynəlxalq hakimlər briqadasının qərarına əsasən Rusiya komandası 40 balla birinci, Azərbaycan 36 balla ikinci, Qazaxıstan 33 balla üçüncü, İran komandası isə 18 balla dördüncü yerə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi