Yuxarı

“Dəniz Kuboku-2018” müsabiqəsinin təşkilat komitəsinin görüşü keçirilib

“Dəniz Kuboku-2018” müsabiqəsinin təşkilat komitəsinin görüşü keçirilib

Bakı. 13 iyul. REPORT.AZ/ Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında Beynəlxalq Ordu Oyunları çərçivəsində Bakıda keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsinə hazırlıq üzrə təşkilat komitəsinin növbəti görüşü keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hərbi dənizçilər arasında yarışların yüksək səviyyədə keçirilməsi məqsədilə müdafiə nazirinin əmrinə əsasən yaradılmış təşkilat komitəsinin üzvləri gəmilərin və dəniz infrastrukturunun hazırlığı ilə bağlı məsələləri müzakirə edib və aidiyyəti üzrə tapşırıqlar verilib.

Cari ilin iyulun 31-dən avqustun 10-dək Xəzər dənizinin Azərbaycana aid ərazi sularında keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçilərinin iştirakı planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi