Yuxarı

“Dəniz kuboku - 2018” müsabiqəsində növbəti epizod yerinə yetirilib - VİDEO

“Dəniz kuboku - 2018” müsabiqəsində növbəti epizod yerinə yetirilib - VİDEO

Bakı. 7 avqust. REPORT.AZ/ “Dəniz kuboku - 2018” müsabiqəsinin yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələdə “Xilasetmə vasitələrinin istifadəsi” tapşırıqları yerinə yetiriblər.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələdə Rusiya komandası birinci, Azərbaycan HDQ-nin komandası ikinci, İran komandası üçüncü, Qazaxıstan komandası isə dördüncü yerə layiq görülüb.

Yarışların ümumi nəticəsinə görə hazırda Azərbaycan HDQ-nin komandası 2-ci yerdə qərarlaşıb.

“Dəniz kuboku - 2018” müsabiqəsinin növbəti mərhələsində “Üzən minaya artilleriya atışı” epizodu icra ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi