Yuxarı

“Dəniz kuboku - 2018” müsabiqəsində iştirak edəcək gəmilər məşqlərə başlayıb

“Dəniz kuboku - 2018” müsabiqəsində iştirak edəcək gəmilər məşqlərə başlayıb

Bakı. 25 iyul. REPORT.AZ/ “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edəcək Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunda məşqlərə başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Keçiriləcək yarışlarda dənizçilər “Artilleriya atəşlərinin yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə müsabiqənin müxtəlif mərhələlərində güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi