"Dəniz kuboku - 2018" iştirak edən ölkələrin komandaları artilleriya atışlarını məşq etdiriblər

"Dəniz kuboku - 2018" iştirak edən ölkələrin komandaları artilleriya atışlarını məşq etdiriblər Bakı. 28 iyul. REPORT.AZ/ “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinə hazırlıq çərçivəsində Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunun ərazisində artilleriya atışlarını məşq etdiriblər.
Hərbi
28 İyul , 2018 10:21
Dəniz kuboku - 2018 iştirak edən ölkələrin komandaları artilleriya atışlarını məşq etdiriblər

Bakı. 28 iyul. REPORT.AZ/ “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinə hazırlıq çərçivəsində Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunun ərazisində artilleriya atışlarını məşq etdiriblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hərbi dənizçilər üzən minaların məhv edilməsi məqsədilə ilkin artilleriya atışları icra edib, eləcə də gəmilərin müxtəlif üsullarla yanalmasını məşq etdiriblər.

Növbəti hazırlıq mərhələsində gəmi heyətləri dəniz və hava hədəflərinə artilleriya atışlarını, habelə heyətlərin sağqalma qabiliyyətini məşq etdirəcəklər. 

Son xəbərlər

Orphus sistemi