Yuxarı
    Bağlamaq

    “Dəniz kuboku - 2017” müsabiqəsinin iştirakçıları arasında voleybol yarışı təşkil olunub

    Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin idman meydançasında təşkil olunan oyunlar olimpiya sistemi üzrə keçirilib

    Bakı. 6 avqust. REPORT.AZ/ “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi, Rusiya HDD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisi, İran HDQ-nin “Cövşən” raket kateri və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisinin ekipajları bu gün voleybol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.

    "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin idman meydançasında təşkil olunan oyunlar olimpiya sistemi üzrə keçirilib.

    Rusiya və İran komandaları arasında keçirilən ilk görüşdə İran dənizçiləri uğur qazanıb. Azərbaycan və Qazaxıstan komandaları arasında keçirilən görüşdə isə meydan sahibləri qalib gəliblər. Gərgin final oyununda Azərbaycan dənizçiləri İran komandasına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

    Üçüncü yer uğrunda keçirilən görüşdə isə Rusiya dənizçiləri Qazaxıstan komandasından üstün olublar.

    Sonda komandalara medallar, fəxri fərmanlar, hədiyyələr və kuboklar təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi