Yuxarı

"Dəniz Kuboku - 2017" müsabiqəsində “üzən mina” hədəfinə artilleriya atışları keçirilib

"Dəniz Kuboku - 2017" müsabiqəsində “üzən mina” hədəfinə artilleriya atışları keçirilib
İkinci yerə 48 xalla Azərbaycanın “G-124” gözətçi gəmisinin ekipajı layiq görülüb

Bakı. 5 avqust. REPORT.AZ/ "Dəniz Kuboku - 2017" müsabiqəsi çərçivəsində “Üzən minaya artilleriya atışı” üzrə 3-cü epizod icra edilib.

Bu barədə "Report"a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.  

Beynəlxalq hakimlər briqadasının qərarına görə, bu epizodun yerinə yetirilməsinin nəticələrinə əsasən, birinci yerə 50 xalla Rusiyanın “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı, ikinci yerə 48 xalla Azərbaycanın “G-124” gözətçi gəmisinin ekipajı, üçüncü yerə 46 xalla Qazaxıstanın “Sarıarka” raket artilleriya gəmisinin ekipajı və dördüncü yerə 44 xalla İranın “Cövşən” raket katerinin ekipajı layiq görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi