“Dəniz kuboku - 2017” müsabiqəsində dəniz hədəflərinə artilleriya atışları yerinə yetiriləcək

“Dəniz kuboku - 2017” müsabiqəsində dəniz hədəflərinə artilleriya atışları yerinə yetiriləcək Hərbi gəmilərin ekipajları üzən minaları təqlid edən hədəflərin məhv edilməsi üzrə yarışacaqlar
Hərbi
2 Avqust , 2017 11:32
“Dəniz kuboku - 2017” müsabiqəsində dəniz hədəflərinə artilleriya atışları yerinə yetiriləcək

Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetirmək üçün Xəzər dənizinə çıxıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqənin bu epizodunda Rusiya HDD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisi birinci, Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisi ikinci, Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi üçüncü və İran HDQ-nin “Cövşən” raket kateri sonuncu olaraq artilleriya atışları üzrə tapşırıqları icra edəcəklər.

Avqustun 4-dək davam edəcək birinci mərhələdə hərbi gəmilərin ekipajları hava hədəf və nişanlarının, eləcə də üzən minaları təqlid edən hədəflərin məhv edilməsi üzrə yarışacaqlar.

Son xəbərlər

Orphus sistemi