Yuxarı

David Ethell: "Azərbaycan Ordusu regionun ən güclü ordusudur"

David Ethell: "Azərbaycan Ordusu regionun ən güclü ordusudur"

Tbilisi. 27 iyun. REPORT.AZ/ "Azərbaycanın çox güclü və müasir hərbi texnikası olan ordusu var. Biz bunu yüksək qiymətləndiririk".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Gürcüstandakı səfirliyinin Cənubi Qafqaz ölkələri üzrə hərbi attaşesi David Ethell söyləyib.

O daha sonra deyib: "Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi qeyd olunur. Azərbaycan Silahlı Qüvvələri 100 il əvvəl yaransa da, sonradan fəaliyyətini dayandırıb. Lakin 1990-cı illərdə Azərbaycan Silahlı Qüvvələri yenidən bərpa olundu və bu gün regionda ən güclü ordudur".

O, qeyd edib ki, bu, Azərbaycanda Silahlı Qüvvələrə göstərilən diqqətin nəticəsidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi