Cocuq Mərcanlıda tank əleyhinə minanın partladıcısı aşkar edilib

Cocuq Mərcanlıda tank əleyhinə minanın partladıcısı aşkar edilib ANAMA tərəfindən 33 444 kv.m ərazi yoxlanılıb
Hərbi
17 Aprel , 2017 17:56
Cocuq Mərcanlıda tank əleyhinə minanın partladıcısı aşkar edilib

Bakı. 17 aprel. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 995 ədəd qəlpə və 2 ədəd tank əleyhinə TM-57 minasının partladıcısı (MVZ-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

ANAMA tərəfindən 33 444 kv.m ərazi (1 084 kv.m əl, 13 400 kv.m mexaniki üsulla və 18 960 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlanılıb.

Agentlik 59 gün ərzində Cocuq Mərcanlıda 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilmiş, 27 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 7 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1)), 6 ədəd piyada əleyhinə mina (OZM-72) və 42 ədəd tank əleyhinə mina (16 ədəd TM-57 minası və 26 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar edərək zərərsizləşdirib, 1 890 124 kv.m ərazi (469 278 kv.m əl, 548 800 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 759 046 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən yanvarın 1-dən aprelin 17-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 130 ədəd partlamamış hərbi sursat, 83 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 947 088 kv.m ərazi (526 242 kv.m əl, 548 800 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 759 046 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi