Yuxarı
    Bağlamaq

    Cocuq Mərcanlıda tank əleyhinə mina aşkarlanıb

    Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir

    Bakı. 10 aprel. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 2 716 ədəd qəlpə, 1 ədəd tank əleyhinə TM-57 minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

    Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

    ANAMA 67 852 kv.m ərazini (3 992 kv.m əl ilə, 10 900 kv.m mexaniki üsulla və 52 960 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlayıb.

    Agentlik tərəfindən 52 gün ərzində Cocuq Mərcanlıda 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 22 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 8 ədəd TM-62P3 minasının gücləndiricisi), 6 ədəd piyada əleyhinə mina (OZM-72) və 37 ədəd tank əleyhinə mina (13 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 1 586 329 kv.m ərazi (453 412 kv.m əl, 442 800 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 577 117 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlanılıb.

    Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

    Ümumilikdə Agentlik yanvarın 1-dən aprelin 10-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirib, 5 124 ədəd partlamamış hərbi sursat, 78 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 1 642 493 kv.m ərazi (509 576 kv.m əl, 442 800 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 577 117 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi