Cocuq Mərcanlıda “Hərbi-səhra döyüş travması simpoziumu və travma kursu” təşkil olunub

Cocuq Mərcanlıda “Hərbi-səhra döyüş travması simpoziumu və travma kursu” təşkil olunub Cocuq Mərcanlıda “Hərbi-səhra döyüş travması simpoziumu və travma kursu” təşkil olunub
Hərbi
5 Avqust , 2019 14:58
Cocuq Mərcanlıda “Hərbi-səhra döyüş travması simpoziumu və travma kursu” təşkil olunub

Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi hospitalı hərbi tibb sahəsində yeniliklərin öyrənilməsi, müasir texnologiyaların, qabaqcıl təcrübələrin tətbiq edilməsi, ən yeni tibbi avadanlıqların istifadəyə verilməsi sahəsində yerli və beynəlxalq tibbi təşkilatlarla faydalı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli fəaliyyətini davam etdirir.

DSX-dən "Report"a verilən məlumata görə, bu tədbirlərin davamı olaraq avqustun 2-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalının və Azərbaycan Respublikası Hərbi Cərrahlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş “Hərbi-səhra döyüş travması simpoziumu və travma kursu” təşkil olunub.

Tədbirdən öncə simpozium iştirakçıları və dəvət olunmuş qonaqlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edərək büstü önünə gül dəstələri düzmüş, dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan simpoziumda Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi mil­li sərhəd siya­sə­tini uğurla həyata keçirən Azərbaycan Res­pub­likasının Prezidenti Silahlı, Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti sayə­sində DSX-nin bütün hərbi hissə və bölmələrində şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırıldığı, onların sağlamlığının ciddi nəzarətdə saxlanıldığı, hərbi tibb müəssisələrinin ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunduğu bildirilib, Azərbaycan sərhəd­çi­sinin dövlət­çiliyimizin və sərhəd­lərimizin keşi­yində ayıq-sayıq dayandığı, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün cənab Ali Baş Ko­man­danın göstərişlərini icra etməyin şərəf və yüksək məsuliy­yət­ olduğu iftixarla qeyd olunub.

Simpoziumda DSX-nin Hərbi hospitalının rəisi, tibb üzrə elmlər doktoru, əməkdar həkim, tibb xidməti polkovniki Kənan Yusif-zadə və Azərbaycan Respublikası Hərbi Cərrahlar İctimai Birliyinin mütəxəssisləri çıxış edərək, Azər­bay­can Respublikası üçün hərbi cər­ra­hiy­­­yənin inkişa­fı­nın əhə­miyyətindən və bu istiqamətdə qar­şılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən söz açıb, hərbi səhra cərrahiyəsinin təşkili, silahlı yaralanmalarda cərrahi müalicənin prinsipləri, damar yaralanmalarının müasir aspektləri, odlu silah travmalarından sonra yuxarı və aşağı ətrafların imobilizasiyası, tənəffüs yollarının zədələnməsi zamanı asfiksiyanın aradan qaldırılması, kəllə-beyin travmaları zamanı trepanasiya, sidik-cinsiyyət sisteminin odlu silah yaralanmaları zamanı müalicəsi və diaqnostikası, çanaq sümüklərinin sınıqları zamanı eksterenal fiksatorların qoyulması mövzusunda mühazirələr oxunub, praktiki dərslər keçirilib.

Son xəbərlər

Orphus sistemi