Yuxarı
    Bağlamaq

    Cocuq Mərcanlıda 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb

    Bakı. 18 noyabr. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket - PQ-7) aşkar edilib.

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, 12 500 kv.m ərazi tam təmizlənib, 6 000 kv.m ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. 

    Ümumilikdə agentlik tərəfindən 1 yanvar – 17 Noyabr 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində müxtəlif ərazilərə baxış keçirilib, 7516 ədəd partlamamış hərbi sursat, 203 ədəd tank əleyhinə mina və 33 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4768 092 kv.m ərazi yoxlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi