Cocuq Mərcanlıda 1343 ədəd qəlpə aşkarlanıb

Cocuq Mərcanlıda 1343 ədəd qəlpə aşkarlanıb Ümumilikdə 82 gün ərzində kənddə 41 ədəd partlamamış hərbi sursat aşkar edilib
Hərbi
14 May , 2017 18:10
Cocuq Mərcanlıda 1343 ədəd qəlpə aşkarlanıb

Bakı. 14 may. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1343 ədəd qəlpə aşkar edilib.

"Report" Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən xəbər verir ki, kənd ərazisində mina və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 43 267 kv.m ərazi (1 967 kv.m əl ilə, 17 800 kv.m mexaniki üsulla və 23 500 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ümumilikdə 82 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 41 ədəd partlamamış hərbi sursat (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 10 ədəd piyada əleyhinə mina (OZM-72) və 76 ədəd tank əleyhinə mina (25 ədəd TM-57 minası və 51 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilmişdir.

İndiyədək 2 793 592 kv.m (279.36 ha) ərazi müxtəlif üsul və vasitələrlə yoxlanılıb, 1 800 392 kv.m (180.04 ha) ərazi tam təmizlənib, 880 200 kv.m (88.02 ha) ərazi mexaniki üsulla yoxlanılıb, 113 000 kv.m (11.3 ha) ərazi isə ″SENSYS dərinlik ölçən cihazı″ ilə təkrar dərinliyə yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə agentlik tərəfindən 01 yanvar – 14 may 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 161 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 620 ədəd partlamamış hərbi sursat, 119 ədəd tank əleyhinə mina və 14 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 858 166 kv.m ərazi (594 397 kv.m əl ilə, 880 200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 270 569 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi