Cocuq Mərcanlıda 1 351 ədəd qəlpə aşkar edilib

Cocuq Mərcanlıda 1 351 ədəd qəlpə aşkar edilib Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir
Hərbi
24 Aprel , 2017 16:50
Cocuq Mərcanlıda 1 351 ədəd qəlpə aşkar edilib

Bakı. 24 aprel. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1 351 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

ANAMA 42 698 kv.m ərazini (2 788 kv.m əl, 13 600 kv.m mexaniki üsulla və 26 310 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

Agentlik tərəfindən 66 gün ərzində Cocuq Mərcanlıda 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 29 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 8 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1)), 6 ədəd piyada əleyhinə mina (OZM-72) və 67 ədəd tank əleyhinə mina (17 ədəd TM-57 minası və 50 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilmiş, 2 236 719 kv.m ərazi (488 865 kv.m əl, 665 400 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 969 454 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə ANAMA yanvarın 1-dən aprelin 24-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 8 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirib, 5 133 ədəd partlamamış hərbi sursat, 108 ədəd tank əleyhinə mina və 10 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 2 295 483 kv.m ərazi (547 629 kv.m əl, 665 400 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 969 454 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

Son xəbərlər

Orphus sistemi