Cocuq Mərcanlıda 0,69 hektar ərazi tam təmizlənib

Cocuq Mərcanlıda 0,69 hektar ərazi tam təmizlənib Bakı. 17 dekabr. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ötən gün 0,69 hektar ərazi tam təmizlənib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.
Hərbi
17 Dekabr , 2017 04:14
Cocuq Mərcanlıda 0,69 hektar ərazi tam təmizlənib

Bakı. 17 dekabr. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ötən gün 0,69 hektar ərazi tam təmizlənib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, 29 gün ərzində 11 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 5 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 2 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilmiş, 503 950 kv.m (50.40 ha) ərazi tam təmizlənmiş, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. 

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə agentlik tərəfindən 1 yanvar – 16 dekabr 2017-ci il tarixlərində ayrı-ayrı şəhər və rayonlarda müxtəlif ərazilərə baxış keçirilib, 7 538 ədəd partlamamış hərbi sursat, 204 ədəd tank əleyhinə mina və 35 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 5 678 938 kv.m ərazi yoxlanılıb. 

Son xəbərlər

Orphus sistemi