Cocuq Mərcanlı kəndində 4 ədəd piyada və tank əleyhinə mina tapılıb

Cocuq Mərcanlı kəndində 4 ədəd piyada və tank əleyhinə mina tapılıb Gün ərzində 39 693 kv.m ərazi yoxlanılıb
Hərbi
15 May , 2017 18:35
Cocuq Mərcanlı kəndində 4 ədəd piyada və tank əleyhinə mina tapılıb

Bakı. 15 may. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mayın 15-də aparılan təmizləmə əməliyyatları zamanı 1 045 ədəd qəlpə, 2 ədəd piyada əleyhinə mina (OZM-72) və 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Gün ərzində 39 693 kv.m ərazi (1 753 kv.m əl ilə, 14 940 kv.m mexaniki üsulla və 23 000 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilib ki, 83 gün ərzində Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 41 ədəd partlamamış hərbi sursat (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 12 ədəd piyada əleyhinə mina (OZM-72) və 78 ədəd tank əleyhinə mina (27 ədəd TM-57 minası və 51 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 193.81 ha ərazi tam təmizlənib, 89.51 ha ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ümumilikdə agentlik tərəfindən bu il yanvarın 1-dən mayın 15-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 161 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 620 ədəd partlamamış hərbi sursat, 121 ədəd tank əleyhinə mina və 16 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 897 859 kv.m ərazi (596 150 kv.m əl ilə, 895 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 293 569 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Hazırda ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi