Cocuq Mərcanlıda 2 ədəd mina aşkarlanıb

Cocuq Mərcanlıda 2 ədəd mina aşkarlanıb Minalar zərərsizləşdirilməsi üçün ANAMA tərəfindən götürülüb
Hərbi
7 Aprel , 2017 17:17
Cocuq Mərcanlıda 2 ədəd mina aşkarlanıb

Bakı. 7 aprel. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 2 838 ədəd qəlpə, 2 ədəd mina (1 ədəd piyada əleyhinə OZM-72 minası və 1 ədəd tank əleyhinə TM-57 minası) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

ANAMA tərəfindən 46 047 kv.m ərazi (4 477 kv.m əl, 13 600 kv.m mexaniki üsulla və 27 970 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlanılıb.

Agentlik 49 gün ərzində Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirib, 22 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 8 ədəd TM-62P3 minasının gücləndiricisi), 6 ədəd piyada əleyhinə mina (OZM-72) və 34 ədəd tank əleyhinə mina (10 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar edərək zərərsizləşdirib, 1 389 214 kv.m ərazi (433 957 kv.m əl, 406 200 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 436 057 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən yanvarın 1-dən aprelin 7-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 123 ədəd partlamamış hərbi sursat, 75 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 443 878 kv.m ərazi (488 621 kv.m əl, 406 200 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 436 057 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi