Bakı. 1 oktyabr. REPORT.AZ/ Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tanınmış hərb xadimi Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirilib.
Liseyin zabiti polkovnik Rəhim Səmədov, Hərb Tarixi muzeyinin əməkdaşı Nuru Məmmədov, tarix elmləri üzrə fəlsəfə doktoru Mahir Qəribov Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətindən danışaraq onun nümunəvi xidmətindən bəhs ediblər.
Kursantların ifasında ədəbi-bədii hissənin təqdimatından sonra görkəmli C.Naxçıvanski haqda çəkilmiş sənədli filmin nümayişi olub.