​Cəlilabadda sərhədçilərin andiçmə mərasimi keçirilib

​Cəlilabadda sərhədçilərin andiçmə mərasimi keçirilib Tədbirin sonunda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib
Hərbi
28 Fevral , 2016 13:22
​Cəlilabadda sərhədçilərin andiçmə mərasimi keçirilib

Bakı. 28 fevral. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə təlim-tədris mərkəzində gənc əsgərlərin təntənəli andiçmə mərasimi keçirilib.

"Report"un məlumatına görə, mərasimdə çıxış edən hərbi hissə komandiri, polkovnik Mehman Yusifov əsgərləri təbrik edib, onlara Vətənin keşiyində ayıq-sayıq dayanmağı, sərhədlərimizi göz bəbəyi kimi qorumağı tövsiyə edib.

DSX-nin şəxsi heyət üzrə baş idarəsinin rəisi, general-mayor Azad Ələkbərov bildirib ki, hər bir əsgər artıq bu gündən Vətənin müdafiəçisi kimi qürurla sərhədlərimizin keşiyində duracaq və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərhədçilər qarşısında qoyduğu vəzifələri şərəf və ləyaqətlə yerinə yetirəcək.

Andiçmə mərasimində, həmçinin gənc əsgərlərin valideynləri övladlarına Vətənin sərhədlərini göz bəbəyi kimi qorumağı tövsiyə ediblər.

Çıxış edən əsgərlər hərbi anda sadiq qalaraq sərhədlərimizi göz bəbəyi kimi qoruyacaqlarına söz veriblər.

Tədbirin sonunda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Son xəbərlər

Orphus sistemi