​Cəlilabadda gənc sərhədçilərin andiçmə mərasimi keçirilib

​Cəlilabadda gənc sərhədçilərin andiçmə mərasimi keçirilib Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
Hərbi
15 Noyabr , 2015 12:58
​Cəlilabadda gənc sərhədçilərin andiçmə mərasimi keçirilib

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Cəlilabad rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd məntəqəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbir DSX rəsmisi genral-leytenant Azad Ələkbərovun şəxsi heyət önündə məruzə etməsi ilə başlayıb.

General-leytenant şəxsi heyəti salamladıqdan sonra, hərbi hissə komandiri gənc sərhədçilərin “Hərbi and”a gətirilməsi əmrini verib. Bundan sonra gənc sərhədçilər cərgə ilə meydana gələrək Vətənə sədaqət andı içiblər.

Hərbi hissə komandiri Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin təbrik telefonoqramını şəxsi heyətə elan etdikdən sonra, bayram tədbirini açıq elan edib.

DSX-nın nümunəvi hərbi orkestrinin müşayiəti ilə dövlət himni səsləndirilib. Tədbirdə hərbi hissənin komandiri və əsgər valideynləri çıxış edərək dövlət sərhədlərimizin mühafizəsi işində onlara uğurlar arzulayıblar.

Mərasimin sonunda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Son xəbərlər

Orphus sistemi