​Cəbhədə döyüş əməliyyatlarında fərqlənmiş hərbçilər təltif ediləcək

​Cəbhədə döyüş əməliyyatlarında fərqlənmiş hərbçilər təltif ediləcək Azərbaycan prezidenti bu barədə göstəriş verib
Hərbi
3 Aprel , 2016 14:27
​Cəbhədə döyüş əməliyyatlarında fərqlənmiş hərbçilər təltif ediləcək

Bakı. 3 aprel. REPORT.AZ/ Aprelin 1-dən 2-sinə keçən gecə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gedən döyüş əməliyyatlarında fərqlənmiş hərbçilər təltif ediləcək.

"Report" xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu barədə göstəriş verib.

Dövlət başçısı, həmçinin cəbhədə həlak olanların ailələrinə maddi yardım göstərilməsi barədə tapşırıq verib.

"Göstəriş verirəm ki, Nazirlər Kabineti həlak olanların ailələrinə maddi yardım göstərmək üçün təkliflər irəli sürsün və Müdafiə Nazirliyi döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş insanları təltif etmək üçün mənə təkliflər təqdim etsin", - deyə dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında bildirib.

Son xəbərlər

Orphus sistemi