Cəbhəboyu zonada zabitlər üçün daha bir yaşayış kompleksi istifadəyə verilib

Cəbhəboyu zonada zabitlər üçün daha bir yaşayış kompleksi istifadəyə verilib İki mərtəbəli, 33 yaşayış və yardımçı otaqlardan ibarət zabit yataqxanası kommunikasiya xətləri ilə tam təchiz olunub
Hərbi
27 Noyabr , 2017 19:24
Cəbhəboyu zonada zabitlər üçün daha bir yaşayış kompleksi istifadəyə verilib

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, noyabrın 27-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin rəhbər heyəti cəbhə bölgəsində zabitlər üçün inşa edilmiş daha bir yaşayış kompleksinin açılışında iştirak edib.

İki mərtəbəli, 33 yaşayış və yardımçı otaqlardan ibarət zabit yataqxanası kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir standartlara cavab verən yataqxana mebel və digər avadanlıqlarla təmin olunub.

Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, mini-futbol meydançası və idman şəhərciyi salınıb, eləcə də hərbi qulluqçuların səmərəli istirahəti üçün digər lazımı şərait yaradılıb.

Müdafiə naziri, general-polkovnik Z.Həsənov yeni inşa edilmiş zabit yataqxanasında yaradılmış şəraitlə tanış olub, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Son xəbərlər

Orphus sistemi