Cəbhəboyu ərazilərin poliqonlarında komanda-qərargah hərb oyunlarının döyüş atışlı mərhələsi keçirilib

Cəbhəboyu ərazilərin poliqonlarında komanda-qərargah hərb oyunlarının döyüş atışlı mərhələsi keçirilib Bakı. 20 noyabr. REPORT.AZ/ Komanda-qərargah hərb oyunları çərçivəsində cəbhəboyu zonada yerləşən müxtəlif təlim poliqonlarında qoşunların praktiki fəaliyyəti yoxlanılaraq döyüş atışları icra edilib.
Hərbi
20 Noyabr , 2017 17:21
Cəbhəboyu ərazilərin poliqonlarında komanda-qərargah hərb oyunlarının döyüş atışlı mərhələsi keçirilib
Mod.gov.az

Bakı. 20 noyabr. REPORT.AZ/ Komanda-qərargah hərb oyunları çərçivəsində cəbhəboyu zonada yerləşən müxtəlif təlim poliqonlarında qoşunların praktiki fəaliyyəti yoxlanılaraq döyüş atışları icra edilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ssenariyə əsasən, bir neçə hissədə yerinə yetirilən təlimlərin əsas mərhələsində hücum əməliyyatları zamanı qoşunların qarşılıqlı əlaqəsi, hərtərəfli təminatı, idarəetmənin təşkili və digər taktiki fəaliyyətlər yerinə yetirilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov komanda-qərargah hərb oyunlarına cəlb edilən şəxsi heyətin peşəkarlığını və qarşıya qoyulan bütün tapşırıqların müvəffəqiyyətlə icra edilməsini yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi