​Cəbhə bölgəsində zirehli texnika qruplarının döyüş hazırlığı təlimi keçirilib

​Cəbhə bölgəsində zirehli texnika qruplarının döyüş hazırlığı təlimi keçirilib Təlimlər zamanı döyüş texnikası və piyadaların atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib
Hərbi
10 May , 2016 19:10
​Cəbhə bölgəsində zirehli texnika qruplarının döyüş hazırlığı təlimi keçirilib

Bakı. 10 may. REPORT.AZ/ 2016-cı ilin döyüş hazırlığı planına uyğun olaraq, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə cəbhəboyu zonada yerləşən hissə və bölmələrin zirehli texnikalarından ibarət qrupların döyüş hazırlığı təlimi keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, təlimlər zamanı döyüş texnikası və piyadaların atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.

Son xəbərlər

Orphus sistemi