Cəbhə bölgəsində yerləşən hərbi hissədə bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib

Cəbhə bölgəsində yerləşən hərbi hissədə bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib Xüsusi fərqlənmiş hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib
Hərbi
25 Sentyabr , 2017 16:17
Cəbhə bölgəsində yerləşən hərbi hissədə bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib
Mod.gov.az

Bakı. 25 sentyabr. REPORT.AZ/ Cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan hərbi hissə komandiri döyüş növbətçiliyinə daxil olan bölmələri təbrik edərək tövsiyə və tapşırıqlarını verib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordunun maddi-texniki bazasının gücləndirilməsi, bütün hərbi hissələrin müasir silah və texnika ilə təmin olunması, yeni hərbi hissələrdə və şəhərciklərdə müasir şəraitin yaradılması nəticəsində torpaqlarımızın etibarlı müdafiəsinin təmin edilməsi istiqamətində yüksək nailiyyətlər əldə edildiyini xatırladaraq hərbi qulluqçulara xeyir-dualarını veriblər.

Sonra bölmələrin hazırlığında xüsusi fərqlənmiş hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib. Döyüş növbətçiliyinə daxil olan şəxsi heyət nümunəvi xidmət göstərəcəkləri və düşmənə qarşı amansız olacaqlarını bildiriblər.

Tədbir rayon mədəniyyət evinin və dram teatrının kollektivinin iştirakı ilə davam etdirilib. Şəxsi heyətin birgə naharından sonra bölmələr təntənəli surətdə döyüş mövqelərinə yola salınıblar.

Son xəbərlər

Orphus sistemi