Yuxarı

​Cəbhə bölgəsində mənəvi-psixoloji hazırlıq səviyyəsi yoxlanılır

Birlik və birləşmələrdə müxtəlif kateqoriyalardan olan şəxsi heyətlə görüşlər keçirilib

Bakı. 28 yanvar.REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, nazirin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev və Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov idarə heyəti ilə birgə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yoxlanılması məqsədilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdədirlər.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, onlar birlik və birləşmələrin şəxsi heyəti ilə görüşülər keçirərək vəziyyətlə yerində tanış olub, hərbi qulluqçuların günün nizam qaydalarına uyğun fəaliyyəti və sosial-məişət şəraiti ilə maraqlanıblar.

Bütün birlik və birləşmələrdə müxtəlif kateqoriyalardan olan şəxsi heyətlə keçirilən görüşlərdə hərbi qulluqçuların vətənpərvərlik ruhu, qalibiyyət əzmi, döyüş hazırlığı və maddi-texniki təminatı yüksək qiymətləndirilib.

Aparılan söhbət zamanı şəxsi heyət doğma yurdumuzdan işğalçıları qovmaq üçün son damla qanlarınadək döyüşəcəklərini bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi