C.Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 45 illiyi qeyd edilib

C.Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 45 illiyi qeyd edilib Yubiley tədbirləri çərçivəsində "Hərbi təhsil və Hərbi Lisey" mövzusunda konfrans da təşkil olunub
Hərbi
20 Aprel , 2016 13:54
C.Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 45 illiyi qeyd edilib

Bakı. 20 aprel. REPORT.AZ/ C.Naxçıvanski adına Hərbi Liseydə təhsil ocağının yaranmasının 45 illik yubileyinə həsr olunan tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri ilə yanaşı Hərbi Liseyin keçmiş məzunları da iştirak ediblər. Rəsmi hissədən sonra müdafiə nazirinin əmrinə əsasən, liseyin bir qrup şəxsi heyəti təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyərlə təltif olunub.
Mərasimdən sonra Zabitlər Evinin mahnı və rəqs ansamblı konsert proqramı ilə cıxış edib.
Daha sonra liseyin yaranmasının 45 illik yubileyinə həsr olunan idman bayramı keçirilib. Kursantlar bir neçə idman növü üzrə yarışıblar.
Sonda qaliblər liseyin rəisi, polkovnik Rüfət Əmirov tərəfindən təltif olunublar.
Yubiley tədbirləri çərçivəsində "Hərbi təhsil və Hərbi Lisey" mövzusunda konfrans da təşkil olunub.

Son xəbərlər

Orphus sistemi