“Buk-MB” zenit-raket komplekslərindən döyüş atışları icra edilib - VİDEO

“Buk-MB” zenit-raket komplekslərindən döyüş atışları icra edilib - VİDEO Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib
Hərbi
14 Oktyabr , 2017 16:11
“Buk-MB” zenit-raket komplekslərindən döyüş atışları icra edilib - VİDEO
Müdafiə Nazirliyi

Bakı. 14 oktyabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Hava Hücumundan Müdafiə Qoşunlarının “Buk-MB” zenit-raket komplekslərinin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tapşırıqların yerinə yetirilməsi zamanı çətin radioelektron maneə şəraitində şərti düşmənin yüksəksürətli, kiçik ölçülü hava hədəfləri aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə məhv edilib.

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi