Bu gün Türkiyədə NATO-nun regional gərargah təlimləri başlayacaq

Bu gün Türkiyədə NATO-nun regional gərargah təlimləri başlayacaq Təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edəcəklər
Hərbi
20 Oktyabr , 2014 10:34
Bu gün Türkiyədə NATO-nun regional gərargah təlimləri başlayacaq
Bakı. 20 oktyabr. REPORT.AZ/ Oktyabr ayının 20-24-də İstanbulda 12 tərəfdaş ölkənin iştirakı ilə NATO-nun regional gərargah təlimləri  keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Baş gərargahının bəyanatında bildirilib.

"Təlimlər iştirakçı ölkələrin birgə fəaliyyəti və əməkdaşlığı üçün potensiallarının gücləndirilməsi məqsədini daşıyır" - deyə, bəyanatda bildirilib.

Təlimlərdə Azərbaycan, Makedoniya, Bosniya və Herseqovina, Serbiya, Qazaxıstan, Çernoqoriya, Moldaviya, İordaniya, Ukrayna, Mavritaniya, Əlcəzair və Pakistan iştirak edəcək.

Təlimlərə 143 hərbçinin qatılacağı gözlənilir. Onlardan 84 nəfəri Türkiyəni, 48 nəfəri alyansın tərəfdaş ölkələrini, 11 nəfəri isə digər dövlətləri təmsil edəcəklər. 

Son xəbərlər

Orphus sistemi